NATO-nun bu addımı Çini qəzəbləndirdi

15:41 4 May 2023

Çin NATO-nu Asiyada sülh və sabitliyə təhlükə adlandırıb.

Sitat.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Yaponiyada NATO-nun ilk kommunikasiya ofisinin açılmasını şərh edərkən alyansın Asiyaya doğru irəliləməsini regionda sabitliyə əngəl və sülhə təhdid kimi qiymətləndirib.

O vurğulayıb ki, Asiya ölkələri ayıq olmalı, regionun geosiyasi rəqabət meydanına çevrilməsinin qarşısı alınmalıdır.

Qeyd edək ki, bir müddət öncə “Nikkei Asia” qəzeti NATO-nun Tokioda Asiyada ilk belə əlaqə bürosu açacağını bildirmişdi. Məlumatda büronun açılışının Yaponiyanın regiondakı əsas tərəfdaşları ilə vaxtaşırı məsləhətləşmələr aparmağa imkan verəcəyi deyilir./ Publika.az



Xəbər xətti