Aİ-dən Moldova və Gürcüstana hərbi yardım

15:45 4 May 2023

Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu adlı maliyyə aləti çərçivəsində Moldova və Gürcüstanın müdafiə sektorunu dəstəkləmək üçün ümumilikdə 70 milyon avro dəyərində yardım tədbirləri qəbul edib.

Sitat.info xəbər verir ki, Avropa Şurasından verilən yazılı açıqlamaya görə, Moldova və Gürcüstan ordusunun imkanlarının modernləşdirilməsini dəstəkləmək və Aİ-nin hərbi missiya və əməliyyatlarında iştirak imkanlarını artırmaq üçün iki ölkə üçüncü dəfə maliyyələşdiriləcək.

Bu çərçivədə Ukrayna ilə namizəd ölkə statusu almış Moldovaya 40 milyon avro, Gürcüstana isə 30 milyon avro yardım veriləcək.

Mart ayında Aİ Ukrayna, Moldova və Gürcüstan kimi Rusiyanın təhlükəsi altında olan ölkələrə hərbi yardım üçün istifadə edilən Avropa Sülh Fondunu təxminən 8 milyard avroya qədər artırmaq qərarına gəlib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti