İsrail hərbçiləri daha 3 fələstinlini öldürüb

15:52 4 May 2023

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində bir evə basqın etməsi nəticəsində 3 fələstinli həlak olub.

Sitat.info xəbər verir ki, yerli mənbələrdən verilən açıqlamada İsrail qüvvələrinin Əl-Yasmina rayonunda bir evi mühasirəyə alaraq atəş açdığı bildirilib. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada hadisə nəticəsində 3 fələstinlinin öldüyü bildirilib.

Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail qüvvələrinin İçərişəhərə təşkil etdiyi basqınlarda 4-ü güllələnərək yaralanan 14 nəfərin xəstəxanaya aparıldığını açıqlayıb.

Hücumlar zamanı qazdan zəhərlənən tələbələrin də olduğu 152 nəfərin müalicə olunduğu bildirilib.

Seymur Bənnayev 

Sitat.info



Xəbər xətti