Zelenski Ukraynada törədilən cinayətlərə görə xüsusi məhkəmənin yaradılmasını tələb edir

16:02 4 May 2023

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada törədilən hərbi cinayətlərin cəzasız qalmaması üçün xüsusi məhkəmə yaradılmalı olduğunu deyib.

Sitat.info xəbər verir ki, Hollandiyada səfərdə olan Zelenski Haaqadakı Ümumdünya Forumunda “Ədalət olmadan Ukrayna üçün sülh yoxdur” adlı çıxış edib.

Çıxışında: “Ukraynada törədilən hərbi cinayətlərin cəzasız qalmaması üçün xüsusi məhkəmə yaradılmalıdır”, - deyən Zelenski Rusiya prezidenti Vladimir Putinə işarə edərək: “Hamımız burada törətdiyi cinayətlərə görə ədalətin paytaxtı olan Haaqada digər Vladimiri görmək istərdik”, - deyib.

Volodimir Zelenski vurğulayıb ki, Haaqada yaradılmasını istədiyi bu tribunal konkret olaraq təcavüz cinayəti ilə məşğul olmalı və növbəti mərhələdə müharibənin vurduğu ziyan hücum cinayətini törədənlərin aktivləri hesabına ödənilməlidir.

Zelenski Hollandiyaya Ukraynaya verdiyi dəstəyə və sursata görə təşəkkür edib və hərbi dəstəyin davam etdirilməsinin müharibənin qələbəsi üçün çox vacib olduğunu vurğulayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti