ABŞ prezidenti Co Bayden Ukrayna hərbçilərini və Ukrayna xalqını “təəccüblü dərəcədə cəsur” adlandırıb. O etiraf edib ki, təkcə hərbçilərin deyil, həm də Ukrayna xalqının heyrətamiz dərəcədə cəsarətli olması məni bir az təəccübləndirdi".
Sitat.info xəbər verir ki, ABŞ prezidenti bu sözləri Ağ Evdə ABŞ Silahlı Qüvvələrinin komandanları üçün şam yeməyində deyib.
Bayden həmçinin Ukrayna ordusuna kömək edən yüksək rütbəli amerikalı hərbçilərə təşəkkür edib.
“Siz qürurlu və cəsur Ukrayna ordusunu silahlandırdınız, təchiz etdiniz və onlara təlim keçdiniz. Onlara öz azadlıqlarını və demokratiyasını qoruyub saxlamağa kömək etdiniz”, - Bayden deyib.
Baydenin sözlərinə görə, ABŞ ordusunun sayəsində ukraynalılar “inanılmaz iş görürlər”.
Səid İsaoğlu,
Sitat.info