ABŞ administrasiyası ölkədə 7 yeni milli süni intellekt tədqiqat institutunun yaradılmasına 140 milyon dollar maliyyə ayıracağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Bayden və ABŞ vitse-prezidenti Kamala Harrisin administrasiyasının süni intellektdə məsuliyyətli innovasiyaları daha da inkişaf etdirmək və insanların hüquqlarını və təhlükəsizliyini qorumaq üçün atdığı yeni addımlar çatdırılıb.
Açıqlamada süni intellektin dövrün ən güclü texnologiyalarından biri olduğu, lakin təqdim etdiyi imkanlardan yararlanmaq üçün ilk növbədə onun risklərinin azaldılması lazım olduğu qeyd edilib.
Süni intellekt sahəsində məsul Ar-Ge fəaliyyətlərini dəstəkləmək üçün yeni investisiyalar barədə məlumat verilən açıqlamada, Milli Elm Fondunun 7 yeni milli süni intellekt tədqiqat institutunun yaradılması üçün 140 milyon dollar vəsait ayıracağı bildirilib. Açıqlamada, bu investisiyanın ölkə daxilində bu sahədəki institutların ümumi sayını 25-ə çatdıracağı bildirilib.
Seymur Bənnayev
Sitat.info