Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Müdafiə Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Kreml Sarayına pilotsuz təyyarə hücumuna toxunaraq bildirib; "Rusiyanı iddia edilən hücumdan müharibətə bəhanə kimi istifadə etməməyə çağırırıq".
Sitat.info xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr və Müdafiə Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell dünən Aİ İnkişaf Nazirləri Toplantısı öncəsi Kreml Sarayına pilotsuz təyyarə hücumu ilə bağlı açıqlamalar verib: "Biz Rusiyanı bu iddia edilən hücumdan müharibənin eskalasiyasını davam etdirmək üçün bəhanə kimi istifadə etməməyə çağırırıq. Bizi narahat edən odur ki, bundan daha çox insanın hərbi xidmətə cəlb edilməsinə, daha çox qoşun yeridilməsinə və Ukraynaya növbəti hücumlara haqq qazandırmaq üçün istifadə oluna bilər", - Borrell bildirib.
Seymur Bənnayev
Sitat.info