Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) Beynəlxalq Kosmik Stansiyada (BKS) kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelinin 7 saat 11 dəqiqəlik kosmos yürüşünü başa vurduqlarını açıqlayıb.
Sitat.info xəbər verir ki, Rusiya Federal Kosmos Agentliyi (Roskosmos), Sergey Prokopyev və Dmitri Petelin kosmonavtları dünən saat 23:00-da Poisk modulundan ayrılaraq kosmos yürüşünə başlayıblar və 7 saat 11 dəqiqə sonra kosmos yürüşünü tamamlayıblar.
Rusiya kosmonavtları BKS-də başqa bir rus kosmonavtı Andrey Fedyaevin idarə etdiyi robot qolun köməyi ilə hava kilidi kamerasını Rassvet modulundan Nauka moduluna köçürüb.
Qeyd edək ki, Rusiyanın ən böyük və ən qabaqcıl tədqiqat obyekti olan “Nauka” çoxməqsədli laboratoriya modulu keçən ilin iyul ayında Beynəlxalq Kosmik Stansiya ilə birləşib.
Seymur Bənnayev
Sitat.info