Tümen vilayətində meşə yanğınlarında xilasetmə işləri davam edir

22:20 4 May 2023

Uspenka kəndindən Fövqəladə Hallar Nazirliyi yerli sakinləri, qocalar evinin sakinlərini və sığınacaqdan uşaqları təxliyə edib.

Sitat.info xəbər verir ki, Tümen vilayətinin Uspenka kəndində yanğın davam edir. Xilasedicilər 79 yerli sakini təxliyə ediblər. Həmçinin qocalar evindən 45 qonaq, yerli psixo-nevroloji dispanserdən isə 370 uşaq çıxarılıb.

 300-dən çox yanğınsöndürən, 70 xüsusi texnika və iki helikopter hələ də yanğınla mübarizə aparır. Buna baxmayaraq, yanğın Uşakovo və Perevalovo kəndlərinə doğru irəliləməkdə davam edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti