Ukrayna qarşıdakı həftələrdə əks hücuma keçmək üçün lazım olan hər şeyə malikdir - Ağ Ev

22:35 4 May 2023

"Ukrayna qarşıdakı həftələrdə əks hücuma başlamaq üçün lazım olan hər şeyə malikdir".

http://Sitat.info xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi CNN telekanalına bildirib.

O qeyd edib ki, Ukraynanın əks-hücumla bağlı məlumatı açıqlamaq niyyətində deyil.

“Ukrayna Prezidenti Volodimir Zelenski baş komandandır, ordusunun harada, nə vaxt və hansı şəraitdə fəaliyyət göstərəcəyinə o qərar verir”, - Kirbi deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti