Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb

23:46 4 May 2023

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Muradxan kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində 1997-ci il təvəllüdlü Səlimov Müşfiq Mikayıl oğlu həmkəndlisi tərəfindən 4 bıçaq xəsarəti alıb.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.



Xəbər xətti