ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Haines, Sudanda Çevik Dəstək Qüvvələri (ÇDQ) ilə ordu arasında davam edən qarşıdurmanın "çox güman ki, uzana biləcəyini" söyləyib.
Sitat.info xəbər verir ki, Haines ABŞ Senatındakı çıxışında: "Hər iki tərəf hərbi yolla qalib gələ biləcəklərinə inanır. Tərəfləri danışıqlar masasına oturmağa təşviq edəcək çox az şey var", - deyə bildirib.
Haines ÇDQ lideri Muhammed Hamdan Dagalu və Sudan ordusu komandiri Abdülfettah El Burhanın qələbə üçün xaricdən dəstək istədiklərini və bunun münaqişəni gücləndirə və böhranın bölgədə yayılmasına səbəb ola biləcəyini qeyd edib.
ABŞ prezidenti Co Bayden isə Afrika ölkəsi Sudanda baş verən zorakılığı “demokratik bir hökumət üçün ölkə xalqına xəyanət” olaraq xarakterizə edən yazılı açıqlamada, “səlahiyyəti sanksiya tətbiq etmək haqqında bir qətnamə imzaladığını bildirib. Sanksiya sərəncamının kimlərə şamil ediləcəyi ilə bağlı təfərrüatlar paylaşılmasa da, Sudanın sülh, təhlükəsizlik və sabitliyini təhdid edən, demokratik keçid prosesini pozan və insan haqlarını pozanların sanksiyalarla üzləşəcəyi bildirilib.
Sudan münaqişənin 21-ci gününə girib və tərəflər bu müddət ərzində bir-birinin ardınca elan etdikləri atəşkəs qərarlarının heç birinə əməl etməyiblər. İndiyədək ölkədə, əsasən Xartum və Darfurda olmaqla 700 nəfər həyatını itirib.
Seymur Bənnayev
Sitat.info