ABŞ-ın bir şəhərində silah zorakılığına qarşı ehtiyat tədbiri olaraq məktəblərdə bel çantaları qadağan edildi.
Sitat.info xəbər verir ki, "NBC News"da yer alan xəbərə görə, Flint şəhərinin təhsil şurasının yekdilliklə qəbul etdiyi qərar çərçivəsində dövlət məktəblərində bel çantalarının içi görünsə belə qadağan ediləcək.
Silah zorakılığının tez-tez baş verdiyi ABŞ-da keçən həftə Tennessi ştatında orta məktəb şagirdinin çantasındakı tapança təsadüfən partlayıb və sinifdə yaralanmalara səbəb olub. Virciniya ştatında yanvar ayında 6 yaşlı şagird ibtidai məktəbə apardığı silahla müəllimini yaralayıb.
Flint təhsil şurası tərəfindən verilən qərarın bəyanatında aşağıdakı ifadələr yer alıb: “Ölkə daxilində təhlükəli davranışlarda və məktəblərə aparılan silahların artdığını müşahidə edirik. Bel çantaları tələbələrin silahla təmin olunmasını asanlaşdırır”.
Seymur Bənnayev
Sitat.info