Priqojin Putinin generallarına qışqırdı: "Hərbçiləri Baxmutdan geri çəkəcəm"

15:17 5 May 2023

Rusiyanın “Vaqner” təhlükəsizlik şirkətinin qurucusu Priqojin mayın 10-da sursat çatışmazlığı səbəbindən Bəhmutdan geri çəkilməyə qərar verib. 

Sitat.info xəbər verir ki, Kremlin “aşpazı” kimi tanınan Yevgeni Priqojin şirkətinin “Konkord” adlı sosial media hesabında Ukrayna müharibəsində yaşadıqları sursat problemi ilə bağlı video yayımlayıb.

Gecə yayımlanan videoda bir müddət əvvəl öldürülən Vaqner döyüşçülərinin cəsədlərini göstərən Priqojin bu döyüşçülərin kimlərinsə övladları olduğunu bildirib. Hərbçilərin döyüş sursatı olmadığı üçün öldürüldüyünü qeyd edən Priqojin, sursat verməyənlərin “cəhənnəmdə yanacaqlarını” bildirib.
Priqojin çıxışında hirslə qışqırıb: “"Bizim 70 faiz nisbətində sursatımız çatmır. Şoyqu! Gerasimov! Sursatlar haradadır? Bunlara (yerdəki meyitlərə) baxın!”  

Priqojin onları silah-sursatla təmin etməyənlərin zəngin klublarda yaşadıqlarını və döyüşçülərinin taleyini keflərinə görə təyin etdiklərini iddia edərək, anbarlardakı sursatların Vaqnerə lazım olduğu kimi verilsə, itkilərinin 5 dəfə az olacağını deyib: “Döyüşçülər buraya könüllü gəlirlər və ölürlər”. 
Fevral ayından bəri Priqojin Rusiya Müdafiə Nazirliyinə "artıq döyüş sursatı verilmədiyini" iddia edərək dəstək istəyirdi.  Priqojin bildirib ki, Rusiya ordusundan lazımi sursat onlara verilməsə, döyüşçülərin bir hissəsini hazırda savaş gedən  Bahmutdan geri çəkəcəklər.

Məğrur,

Sitat.info



Xəbər xətti