Türkiyədə beynəlxalq tədbirdə Rusiya ilə Ukrayna arasında bayraq qalmaqalı yaşandı - FOTO

15:26 5 May 2023

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) iclası zamanı Ukrayna bayrağı Assambleyanın Rusiya nümayəndə heyətinin üzvü Olqa Timofeyevanın çıxışı zamanı ukraynalılar tərəfindən açılıb.  Hadisədən sonra rus və ukraynalı üzvlər arasında gərginlik yaranıb. Parlament sədri Mustafa Şentop gərginlikdən sonra bayrağı qaldıranlara xəbərdarlıq edib. 

Sitat.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiya nümayəndə heyəti rəhbərinin müavini Olqa Timofeyevanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 30-cu Yubiley Parlament Assambleyasında çıxışı zamanı Ukrayna nümayəndə heyətinin bayraqlarla etiraz etmək təşəbbüsünü pisləyib.

Şentop sosial media hesabındakı paylaşımında bildirib ki, Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən QDİƏT Parlament Sədrləri Zirvəsində Ukrayna parlament nümayəndə heyətinin bəzi üzvlərinin təxribat xarakterli və fiziki təhqiredici hərəkətləri əsla qəbul edilə bilməz:  "Bölgəmizdəki problemləri dialoq əsasında həll etmək məqsədi ilə bizi bir masa arxasında bir araya gətirən QDİƏT-də belə bir uğursuz və qəbuledilməz hadisə ilə qarşılaşdığım üçün mən də kədərlənirəm. Bu davranışı qınayıram. Bu, Türkiyənin əldə etməyə çalışdığı sülh mühitini pozur”. 

Nərgiz,

Sitat.info



Xəbər xətti