Tayvan köhnə döyüş təyyarələrini PUA-lara çevirəcək

16:24 5 May 2023

Tayvan hava qüvvələrindəki "F-5" döyüş təyyarələrinin PUA-ya çevriləcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Milli Çunq-Şan Elm və Texnologiya İnstitutundan (NCSIST) verilən açıqlamada, "F-5" döyüş təyyarələrinin pilotsuz uçuş aparatlarına çevrilməsi üçün çalışmalarının başladığı bildirilib.

Mövzu üzərində çalışdıqlarını ifadə edən İnstitutunun prezidenti Zhang Zhongcheng, bu transformasiyanın mövcud texnologiya sayəsində reallaşa biləcəyini qeyd edib. Zhang layihədə sessiyada olan Tayvanın müdafiə naziri Çiu Kuo-çenqin də iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Tayvan Müdafiə Nazirliyi daha əvvəl bildirib ki, "F-5" döyüş təyyarələri gələn ilin dördüncü rübündən etibarən dövriyyədən çıxarılacaq və onların yerinə Tayvan istehsalı olan "AIDC T-5 Brave Eagles" istifadə ediləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti