Polşa administrasiyası Rusiyanın Varşavadakı səfiri Siergiej Andriejew-i Xarici İşlər Nazirliyinə çağıraraq nota verib.
Sitat.info xəbər verir ki, Notada Polşanın Moskvadakı səfirinin öldürülməsinə çağırış edən Rusiya Dövlət Uşaq Hüquqları Nazirliyi üzrə keçmiş komissarı Pavel Astahovla bağlı dərhal təhqiqatın aparılması tələb olunub.
Polşanın Varşava Bələdiyyəsinin Rusiyanın Varşavadakı səfirliyinin uşaqlarının təhsil aldığı orta məktəb binasını ələ keçirməsindən sonra iki ölkə arasında yaranan böhran daha da böyüyür.
Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Jasina verdiyi açıqlamada, sözügedən notanın Rusiya Dövlət Uşaq Hüquqları Nazirliyi üzrə keçmiş müvəkkili Pavel Astahov tərəfindən Polşanın Moskvadakı səfirinin qətli ilə bağlı çağırışından qaynaqlandığını bildirib.
Seymur Bənnayev
Sitat.info