Avropa İttifaqı Şurası Ukraynaya sursat alınması üçün 1 milyard avro ayrılmasını təsdiqləyib.
Sitat.info xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Pul Avropa Sülh Fondu çərçivəsində Ukrayna Silahlı Qüvvələri üçün 155 mm-lik artilleriya mərmilərinin və lazım gəldikdə raketlərin alınmasının maliyyələşdirilməsinə ayrılıb. Mərmilər Avropanın müdafiə sənayesindən alınacaq.
Seymur Bənnayev
Sitat.info