BMT-dən Taxıl dəhlizi sazişi ilə bağlı çağırış

21:59 5 May 2023

Birləşmiş Millətlər Təşkilatı (BMT) bütün tərəfləri Qara dəniz Taxıl Dəhlizi Sazişinin tam icrası və davam etdirilməsi üçün əməliyyat problemlərinin aradan qaldırılması üçün danışıqları davam etdirməyə çağırıb.

Sitat.info xəbər verir ki, BMT Baş Katibinin sözçüsü Fərhan Haq gündəlik mətbuat konfransında İstanbuldakı Birgə Koordinasiya Mərkəzində yeni gəmilərin taxıl təşəbbüsünə qatılması ilə bağlı razılığın əldə olunmadığını və təşəbbüsün daha əvvəl səlahiyyətli gəmilərlə davam etdiyini açıqlayıb.

Haq bildirib ki, Türkiyənin təşəbbüsü ilə gələn həftə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədilə bu gün İstanbulda texniki görüş keçirilib.

BMT-nin Baş katibi Antonio Quterreşin də təşəbbüsün “yaxşılaşdırılması, uzadılması və genişləndirilməsi” ilə bağlı təkliflərini bütün tərəflərə təqdim etdiyini xatırladan Haq: “Qara Dəniz Taxıl Dəhlizi Sazişinin tam həyata keçirilməsi və davam etdirilməsi üçün bütün tərəfləri əməliyyat problemlərinin aradan qaldırılması üçün danışıqları davam etdirməyə çağırırıq", - deyə bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti