Zaporojye lideri: "Ukrayna yaxın günlərdə, hətta saatlarda əks hücuma keçə bilər"

22:36 5 May 2023

Regionun qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski cümə günü təmas xəttindən gələn məlumatlara əsaslanaraq bildirib ki, Ukrayna silahlı qüvvələri yaxın günlərdə, hətta saatlarda əks hücuma keçə bilər.

Sitat.info xəbər verir ki, "Solovuev Live telekanalına verdiyi açıqlamada: "Biz əks-hücumun çox yaxında başlayacağına inanırıq. Təmas xəttindən 150 kilometr dərinliyə qədər məlumat almışıq və başa düşürük ki, bu, yaxın günlərdə, hətta bir neçə saat ərzində baş verə bilər".

Ukrayna qüvvələrinin güclü atəşə tutması səbəbindən yerli əhalinin bölgənin dərinliyinə köçürülməsi qərarını şərh edən Balitski ötən həftə təmas xəttinə ən yaxın şəhərlərin hücuma məruz qaldığını qeyd edib.

Onun sözlərinə görə, xüsusilə məktəblər və uşaq bağçaları ayrı-seçkilik olmadan atəşə tutulub.

“The New York Times” yazıb ki, aprelin 25-də Pentaqonun və ABŞ kəşfiyyatının kiberkücum nəticəsində ələ keçirilmiş sənədlərinə əsasən, Ukrayna qüvvələri may ayında cənub istiqamətində əks-hücum keçirməyi planlaşdırır. “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin çərşənbə günü bildirib ki, Ukrayna silahlı qüvvələrinin hücumu effektiv başlayıb və yaxın gələcəkdə aktiv fazaya keçə bilər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti