İsrail gizli pilotsuz sualtı qayıq yaratdı

15:35 6 May 2023

İsrailin "Israel Aerospace Industries" şirkəti gizli kəşfiyyat məlumatlarının toplanması əməliyyatları üçün nəzərdə tutulmuş yeni pilotsuz sualtı "BlueWhale" yaradıb.

Sitat.info xəbər verir ki, bu barədə "Defence News” məlumat yayıb.

5,5 ton ağırlığında olan sualtı gəminin uzunluğu təxminən 11 metr, diametri isə bir metrdən çoxdur. Pilotsuz sualtı qayıq suyun altında yeddi düyünə qədər sürət yığa bilir. Enerji təchizatından asılı olaraq cihaz iki həftədən dörd həftəyə qədər işləyə bilər. Orta hesabla yeddi düyün sürəti ilə BlueWhale 10 gündə 1600 dəniz milini qət etməyə qadirdir. Məhsul quru, su və ya hava yolu ilə standart 40 fut yük konteynerində göndərilə bilər.

“Israel Aerospace Industries” şirkətinin məlumatına görə, radar və elektro-optik texnologiyadan istifadə edən pilotsuz sualtı qayıq, pilotlu sualtı qayıqları aşkar etmək və akustik məlumat toplamaq qabiliyyətinə malikdir. Qurğuya quraşdırılmış xüsusi sonar, xüsusən də dənizin dibində mina axtarmağa imkan verir.

Qeyd edək ki, 2019-cu ilin fevral ayında İsrail konserni "Israel Aerospace Industries", "Aero India" sərgisi zamanı "Mini Harpy" kamikadze dronunu təqdim edib./ Publika.az



Xəbər xətti