Ukrayna ordusu rusların mövqelərinə sarsıdıcı zərbələr endirdi

20:09 6 May 2023

Hazırda Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının mövqelərinə yeni sarsıdıcı zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

"Ukrayna hərbçiləri düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 5 zərbə endirib, həmçinin düşmənin zenit-raket kompleksinə zərbə endirilib", - məlumatda bildirilib.

Eyni zamanda, Rusiyaya məxsus 4-ü "Şahid" PUA-sı olmaqla, ümumilikdə 6 PUA məhv edilib.



Xəbər xətti