ABŞ təklif etdi ki, S-400-ləri Ukraynaya verək – Çavuşoğlu

14:10 7 May 2023

ABŞ Türkiyəyə S-400-ləri Ukraynaya göndərməyi təklif etmişdi, lakin Ankara bundan imtina etdi.

Sitat.info xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“ABŞ-dan S-400-lə bağlı bir neçə təklif var idi. Bizə dedilər ki, nəzarəti bizə verin. Amma bu, müstəqilliyimizə təsir edən bir təklif idi. Bəs onda bizim müstəqilliyimiz harada qaldı? Ankara dəfələrlə ABŞ-dan S-400-lə bağlı müxtəlif təkliflər alıb və əgər təklif qəbul edilsəydi, Vaşinqtonla indiki kimi problemlər yaşanmazdı”, - Çavuşoğlu bildirib./ Axar.az



Xəbər xətti