Putin səfərbərlik qərarı verdi: Təlim düşərgəsinə bu şəxslər aparılacaq...

19:29 10 May 2023

Kreml diktatoru Vladimir Putin ehtiyatda olan rusların hərbi təlimi üçün çağırış tətbiq edib.

Sitat.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin  müvafiq fərmanı mayın 10-da imzalayıb. Dərc edilmiş sənədə əsasən, hərbi təlimlər ruslar tərəfindən silahlı qüvvələrdə, milli qvardiyanın qoşunlarında, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidmətində keçiriləcək.

Bu kateqoriyadan olan rusların hərbi hazırlığı haqqında fərmanın imzalanmasından əvvəl Rusiya Federasiyası Dövlət Dumasının deputatı, general-leytenant Viktor Sobolev çıxış edib. Onun sözlərinə görə, orduya çağırış yaşının artırılması ilə bağlı qanun qəbul edildikdən dərhal sonra ehtiyatda olan və əvvəllər xidmət etməyən 30 yaşdan yuxarı rusiyalılar hərbi təlimlərə göndəriləcək.
"Yaşı 30-dan yuxarı olanlar  hərbi ixtisasa qəbul olunacaqlar. Bunun üçün çox iş görülməlidir, o cümlədən bizim hazırlıqlı səfərbərlik ehtiyatı olmalıdır".

Onun sözlərinə görə, bu, “hərbi ixtisası olmayan”  və ehtiyatda olanlara təsir edəcək. Sobolev hesab edir ki, gənclər  100 faiz hərbi qeydiyyat ixtisasına sahib olmalıdırlar.

Nərgiz,

Sitat.info



Xəbər xətti