Rusiyanın neft və təbii qaz gəlirləri bu ilin yanvar-aprel dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 52 faiz azalıb. Sözügedən dövr ərzində Rusiyanın neft və təbii qaz gəlirləri 2,3 trilyon rubl təşkil edib.
Sitat.info xəbər verir ki, Rusiyanın neft və təbii qaz gəlirləri 52 faiz azalıb.
Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada, bu ilin yanvar-aprel dövründə ölkədə büdcə kəsirinin 3,4 trilyon rubl olaraq reallaşdığı bildirilib.
Sözügedən dövrdə büdcə gəlirlərinin bir əvvəlki ilə görə 22 faiz azalaraq 7,8 trilyon rubla gerilədiyinə diqqət çəkilərək, büdcə xərclərinin 26 faiz artaraq 11,2 trilyon rubl olduğu qeyd edilib.
Seymur Bənnayev
Sitat.info