Ukrayna: Baxmut cəbhəsinin bəzi yerlərində ruslar 2 kilometr geri çəkildi

23:00 10 May 2023

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirskiy rus qoşunlarının Baxmut cəbhəsinin bəzi bölgələrində 2 kilometr geri çəkildiyini bildirib.

Sitat.info xəbər verir ki, Sirskiy sosial media hesabından verdiyi açıqlamada Ukrayna əsgərlərinin Baxmut istiqamətində aparılan müdafiə əməliyyatlarının nəticələrini aldığını bildirib.

Sözügedən istiqamətdə təsirli əks-hücum keçirdiklərini bildirən Sirski: "Cəbhənin bəzi yerlərində Ukrayna əsgərlərinin təzyiqinə dözməyən düşmən 2 kilometr geri çəkildi", - deyə qeyd edib.

Sirski bildirib ki, effektiv müdafiə əməliyyatı nəticəsində Rusiyanın “Vaqner” mühafizə şirkətinin gücü zəiflədi və bəzi cəbhələrdə “Vaqner” muzdluları Rusiya ordusunun hazırlıqsız hissələri ilə əvəz edilməli oldu, lakin sonda onlar da geri çəkildi.

Rusiyanın mayın 9-na kimi Baxmuta nəzarəti ələ keçirəcəklərinə dair açıqlamalarına baxmayaraq bunun baş vermədiyinə diqqət çəkən Sirski qeyd edib ki, Ukrayna müdafiə qüvvələri cəbhəni etibarlı şəkildə saxlayır və düşmənin irəliləməsinə imkan vermir. Baxmut uğrunda mübarizə davam edir.

Sirski həmçinin qeyd edib ki, Ukrayna ordusunun 3-cü hücum briqadası rus qoşunlarına güclü zərbə vurub və Ukrayna ordusunun gücünü nümayiş etdirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti