Ukraynanın Donetsk vilayətində gərgin toqquşmalar davam edir

12:28 11 May 2023

Təxminən 15 aydır davam edən Rusiya-Ukrayna müharibəsində ən şiddətli qarşıdurmalar Donetsk bölgəsində yaşanır.

Sitat.info xəbər verir ki, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynada başladığı müharibədə cəbhədə Baxmut, Uqledar, Marinka və Avdiyivka kimi şəhərlər və digər yaşayış məntəqələri istiqamətində qarşıdurmalar davam edir və cəbhə xəttində Ukrayna ordusunun intensiv fəaliyyəti müşahidə olunur.

Ötən il Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində Rusiya ordusuna qarşı geniş əks-hücumlarından sonra Donetsk vilayətində toqquşmalar daha da şiddətlənib. Ukraynanın Xerson, Luqansk, Zaporojye, Xerson, Xarkov və digər vilayətlərində toqquşmalar davam edir, lakin ən gərgin döyüşlər Donetskin müxtəlif məntəqələrində yaşanır.

Artilleriya və pilotsuz uçuş aparatları (PUA) üçün hava hücumundan müdafiə sistemlərinin səslərinin tez-tez eşidildiyi bölgədə tank və zirehli texnikanın intensiv fəaliyyəti diqqət çəkir.

Hərbçilərin cəbhə xəttində real döyüşlərdə döyüş təcrübəsinə malik olmalarına baxmayaraq, bütün əsgərlərin döyüşə hazırlıq vərdişlərinin daim təkmilləşdirilməsinə böyük önəm verilir.

Bölgədəki əsgərlər döyüşə getməyəndə cəbhəyə yaxın xüsusi hazırlanmış atış poliqonlarında intensiv təlim keçir.

Ötən aylarda təkcə Donetsk vilayətində deyil, ölkənin digər qaynar nöqtələrində də döyüşmüş, hazırda bölgədə dislokasiya olunmuş təcrübəli əsgərlər və yeni qəbul olunmuş kadrlar da birgə təlim keçirlər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti