Sudanda ordu ilə ÇDQ arasında qarşıdurmalar 26 gündür davam edir

12:37 11 May 2023

Sudanın paytaxtı Xartumda ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında qarşıdurmalar 26-cı gündə də davam edir.

Sitat.info xəbər verir ki, Şahidlərin sözlərinə görə, paytaxt Xartumun şimalında yerləşən Bəhri bölgəsində Sudan ordusu qüvvələri ilə ÇDQ arasında şiddətli toqquşmalar baş verir.

Bəhrinin Şambat əl-Aradi, Şambat Şamal, Safiye və Halfaya məhəllələrində güclü partlayışlar və ağır artilleriya səsləri eşidilib, orduya məxsus döyüş təyyarələrinin havada uçuşu müşahidə edilib.

Paytaxtın müxtəlif yerlərində 26-cı gündə qarşıdurmaların davam etdiyi bildirilsə də, Səudiyyə Ərəbistanının Ciddə şəhərində iki tərəf arasında aparılan danışıqlarda hələlik irəliləyiş əldə olunmayıb.

ÇDQ isə orduya aid 2 döyüş təyyarəsini vurduğunu iddia edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti