Təxminən 15 aydır davam edən Rusiya-Ukrayna müharibəsində ən şiddətli qarşıdurmalar Donetsk bölgəsində yaşanır.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, ötən il Ukrayna ordusunun Xarkov və Xerson vilayətlərində Rusiya ordusuna qarşı geniş əks-hücumlarından sonra Donetsk vilayətində toqquşmalar daha da şiddətlənib. Ukraynanın Xerson, Luqansk, Zaporojye, Xerson və Xarkov və digər vilayətlərində toqquşmalar davam edir, lakin ən gərgin döyüşlər Donetskin müxtəlif məntəqələrində yaşanır.
Artilleriya və pilotsuz uçuş aparatları (PUA) üçün hava hücumundan müdafiə sistemlərinin səslərinin tez-tez eşidildiyi bölgədə tank və zirehli texnikanın intensiv fəaliyyəti diqqət çəkir.
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin tez-tez alçaqdan uçduğu, helikopter səslərinin eşidildiyi bölgədə qarşıdurmaların şiddəti cəbhənin hər nöqtəsində hiss olunur.
Ukraynada aylardır davam edən müharibə səbəbindən cəbhədə olan ukraynalı əsgərlər vəzifə yerinə yetirmədikləri zaman hərbi təlim keçirlər.
Onların cəbhə xəttində həqiqi döyüşlərdə döyüş təcrübəsinə malik olmalarına baxmayaraq, bütün əsgərlərin döyüşə hazırlıq vərdişlərinin daim təkmilləşdirilməsinə böyük önəm verilir.
Bölgədəki əsgərlər döyüşə getməyəndə cəbhəyə yaxın xüsusi hazırlanmış atış poliqonlarında intensiv təlim keçir.
Ötən aylarda təkcə Donetsk vilayətində deyil, ölkənin digər qaynar nöqtələrində də döyüşmüş, hazırda bölgədə dislokasiya olunmuş təcrübəli əsgərlər və yeni qəbul olunmuş kadrlar da birgə təlim keçirlər.