Fələstin: "Netanyahu beynəlxalq ikili standartlardan istifadə edir"

14:16 11 May 2023

Fələstin Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin baş naziri Benyamin Netanyahu Fələstin xalqına qarşı cinayətlərini ört-basdır etmək üçün beynəlxalq ikili standartlardan istifadə edir.

Sitat.info xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada: "İşğal administrasiyasına başda Qəzzada olmaqla xalqımıza hücum etmək hüququ verən ölkələrin rəftarını qınayırıq. Netanyahu bizə qarşı törətdiyi cinayətləri ört-basdır etmək üçün beynəlxalq ikili standartlardan istifadə edir", - deyə bildirilib.

İsrailin tərəfini tutan səslərin yüksəldiyinə diqqət çəkən açıqlamada qeyd olunub ki, İsrailin istədiyindən başqa heç nə qəbul edilmir. İşğalçı dövlət olmasına baxmayaraq özünümüdafiə hüququndan istifadə etdiyini deyir. İşğalçı dövlətdir, qəsbkardır və aqressivdir. Ona görə də özünümüdafiə hüququna haqqı yoxdur.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti