Cənubi Koreya dabaq xəstəliyi səbəbiylə çoxlu sayda mal-qaranı məhv edəcək

15:28 11 May 2023

Cənubi Koreyada mal-qarada aşkar edilən dabaq xəstəliyi səbəbindən çoxlu sayda mal-qaranın məhv ediləcəyi bildirilib.

Sitat.info xəbər verir ki, Cənubi Koreyanın Kənd Təsərrüfatı Nazirinin müavini Kim In-joong verdiyi açıqlamada müvafiq qurumları və yerli hökumətləri dabaq xəstəliyinin yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər üçün hərtərəfli səy göstərməyə çağırıb.

"BNN" Şəbəkəsinin xəbərinə görə, xəstəlik halları təsdiqləndikdən sonra ilk mərhələdə 360 iribuynuzlu mal-qaranın məhvi planlaşdırılır.

Rəsmilər biotəhlükəsizlik tədbirlərinin həyata keçirildiyini və bu çərçivədə bölgədəki bütün heyvanların sınaqdan keçiriləcəyini və peyvənd ediləcəyini açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti