Pakistan Konstitusiya Məhkəməsi İmran Xanın məhkəmə qarşısına çıxarılmasını əmr edib

16:05 11 May 2023

Pakistanın Konstitusiya Məhkəməsi İslamabad polis rəisi Əkbər Nasir Xanın yerli vaxtla saat 16:30-a qədər keçmiş baş nazir İmran Xanın məhkəməyə gətirilməsini əmr edib.

Sitat.info xəbər verir ki, Pakistan Ədalət Hərəkatı Partiyasının (PƏHP) Xanın həbsi ilə bağlı etirazı Konstitusiya Məhkəməsi tərəfindən qiymətləndirilib.

Konstitusiya Məhkəməsinin sədri Ömər Ata Bandial Xanın İslamabad Ali Məhkəməsi kompleksində həbsini “ölkənin məhkəmə sisteminə kobud hörmətsizlik” kimi qiymətləndirib.

Nə Ali Məhkəmədə, nə də Konstitusiya Məhkəməsində heç kimin bu şəkildə həbs edilə bilməyəcəyini vurğulayan Bandial, Xanın həbsinin məhkəmə sisteminin müqəddəsliyini pozduğunu bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti