Prezident Ərdoğan: Məhərrəm İncənin namizədliyindən geri çəkildiyinə görə təəssüflənirəm

17:11 11 May 2023

"Məhərrəm İncənin namizədliyindən geri çəkildiyinə görə təəssüflənirəm".

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Ankara Mamak Altındağ mitinqində çıxışı zamanı deyib.

Ərdoğan çıxışında namizədliyindən geri çəkilən Məhərrəm İncə ilə bağlı:  "Namizədlərdən biri namizədlikdən çəkildi. Təbii ki, onun niyə geri çəkildiyini anlamaq mümkün deyil. Sözün düzü, təəssüfləndim. Bu yarışın axıra qədər davam etməsini arzulayırdım. Digərləri ilə yola davam edirik. Əhəmiyyətli olan millətimin qərarıdır", - deyə bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti