Oğan açıqladı: Sabah Ankarada olacağam…

17:53 11 May 2023

Sonuna qədər mübarizəmizə davam edəcəyik.

Sitat.info xəbər verir ki, bunu Türkiyədə kieçiriləcək prezident seçkilərində ATA İttifaqından namizədliyi irəli sürülən Sinan Oğan deyib.

“Son günlərdə bizə qarşı artan təxribat cəhdləri ilə bağlı seçki günü hər hansı hadisə yaşamaq istəmədik. Buna görə də bu axşam İstanbuldayam. Sabah da Ankarada olacağam. Lütfən, bizdən kənarda heç bir açıqlamaya etibar etməyin. Daha yeni başladıq. İstəyən varsa, namizədliyini lehimizə geri götürə bilər”, - Oğan bildirib.

Qeyd edək ki, bir müddət öncə Sinan Oğanın Antalyadakı mitinq proqramını ləğv etdiyini və Ankaraya gedərək komandası ilə məsləhətləşəcəyi ilə bağlı məlumatlar yayılmışdı.



Xəbər xətti