İmran Xan azadlığa buraxılır

18:20 11 May 2023

Pakistanın Konstitusiya Məhkəməsi keçmiş baş nazir İmran Xanın həbsinin qanunsuz olduğunu və onun dərhal azad edilməsinə qərar verib.

Sitat.info xəbər verir ki, "Geo News" televiziyasının məlumatına görə, Pakistan Ədalət Hərəkatı Partiyasının (PƏHP) Xanın həbsi ilə bağlı şikayətinə Konstitusiya Məhkəməsində baxılıb.

Məhkəmə keçmiş baş nazir Xanın həbsinin "qanunsuz" olduğunu və onun dərhal azad edilməsinə qərar verib.

Ayna Fərhad

Sitat.info



Xəbər xətti