Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

18:57 11 May 2023

Yaponiyanın cənub-qərbində, Miyakojima adasında 6,1 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Okinava əyalətindəki Miyakojima adasında 6,1 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla 22:33-də dayaz sularda baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.

Zəlzələ yaxınlıqdakı Okinava ştatının bəzi şəhərlərində də hiss olunub.

Ayna Fərhad

Sitat.info



Xəbər xətti