Twitter-in baş direktoru Elon Musk şirkət üçün yeni baş direktoru işə götürdüyünü açıqlayıb. Musk bildirib ki, yeni icraçı direktor 6 həftə sonra işə başlayacaq.
Sitat.info xəbər verir ki, Musk Twitter hesabında etdiyi paylaşımda yazıb: "Twitter üçün yeni CEO işə götürdüyümü elan etməkdən çox həyəcanlıyam. Yeni CEO təxminən 6 həftə sonra işə başlayacaq",
Yeni CEO-dan sonra şirkətdəki rolunun nə olacağını qeyd edən Musk, rolunun məhsullara, proqram təminatına və xidmətlərə nəzarət edən İdarə Heyətinin sədri və Baş Texnologiya Direktoru (CTO) olacağını bildirdi.
Maskın paylaşımından yeni CEO-nun qadın olacağı anlaşılsa da, ad verilməyib.
Seymur Bənnayev
Sitat.info