Rusiya Müdafiə Nazirliyi bəzi rusiyapərəst mənbələrin Ukrayna qoşunlarının ölkənin şərqində cəbhədə irəliləmələri ilə bağlı xəbərlərini təkzib edib.
Sitat.info xəbər verir ki, Rusiya üçün döyüşən muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin nizami ordu hissələrini Baxmut ətrafındakı mövqeləri tərk etməkdə ittiham edib.
Rusiyayönlü mənbələr cümə axşamı Ukraynanın irəliləməsi və bəzi yerlərdə hərbi səfərbərlik olduğunu bildirib. Ukrayna lideri əks-hücuma başlamaq üçün hələ tez olduğunu qeyd edib.
Volodimir Zelenski: “İndi biz əlimizdə olanlarla irəliləyə bilərik, düşünürəm ki, uğur qazanacağıq. Amma çox insan itirdik. Hesab edirəm ki, bu yolverilməzdir, ona görə də gözləmək lazımdır. Hələ bir az daha vaxta ehtiyacımız var”, - deyə bildirib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada bildirib ki, "Telegram"da cəbhənin bəzi nöqtələrində “irəliləyiş”dən bəhs edən fərdi elanlar reallıqla uzlaşmır. Xüsusi hərbi əməliyyat zonasında ümumi vəziyyət nəzarət altındadır.
Seymur Bənnayev
Sitat.info