İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Sitat.info xəbər verir ki, İsrail ötən gecə hücumlar həyata keçirərkən, hücumlarda 2 nəfər həyatını itirib, yaralılar isə Əl-Əqsa xəstəxanasında müalicə olunub.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada 2 nəfərin daha ölümü ilə ölənlərin sayının 31-ə yüksəldiyi qeyd edilib.
Açıqlamada həyatını itirənlərin 26 yaşlı Uday əl-Louh və 38 yaşlı Alyan Abu Vadi olduğu bildirilib.
Hücumlarda yaralananların sayının 95 olduğu açıqlanıb.
Seymur Bənnayev
Sitat.info