Avropa Yayım Birliyi (AYB) Ukrayna prezidenti Volodimir Zelenskinin bu il 67-ci dəfə keçiriləcək "Eurovision" Mahnı Müsabiqəsinin final hissəsində videokonfrans vasitəsilə çıxış etmək xahişini rədd edib.
Sitat.info xəbər verir ki, müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi (AYB) Zelenskinin videokonfrans vasitəsilə müsabiqəyə qoşulmaq istəyini qəbul etməyib. Rusiyanın Ukraynaya hücumlarına başladığı gündən beynəlxalq görüşlərə video ilə qatılan Zelenskinin mahnı yarışmasında iştirakçılara müraciət etməsinin “müsabiqənin siyasiləşdirilməsini” əsas gətirən AYB çıxışlar zamanı heç bir siyasi bəyanat verilməməsini xahiş edib.
AYB-dan verilən açıqlamada: “160 milyon insana müraciət edəcəyi və ölkəsinə dəstək istəməsi gözlənilən videoda Zelenskinin iştirak tələbi müsabiqənin final hissəsində təşkilatçılar tərəfindən rədd edildi", - deyə qeyd olunub.
Açıqlamada “Eurovision”un yarandığı gündən qaydaları və prinsipləri olan beynəlxalq əyləncə proqramı olduğu vurğulanıb.
Seymur Bənnayev
Sitat.info