Makron İranda məhbus olan 2 fransızın azad edildiyini açıqladı

16:50 12 May 2023

Fransa prezidenti Emmanuel Makron İranda saxlanılan iki fransız məhbusun azad edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Makron Twitter hesabında İranda həbsdə olan Benjamin Briere və Bernard Phelanın azadlığa buraxıldığını bildirərək deyib: "Nəhayət azadlığa çıxdılar. Benjamin Briere və Bernard Phelan yaxınlarına qovuşacaq".

Briere və Phelanın sərbəst buraxılmasından məmnunluğunu ifadə edən Makron, hələ də İranda həbsdə olan fransızların ekstradisiyası üçün lazımi addımları atmağa davam edəcəklərini vurğulayıb.

Qeyd edək ki, 37 yaşlı Briere 2020-ci ilin mayında “casusluq”, 64 yaşlı Phelan isə 3 oktyabr 2022-ci ildə “milli təhlükəsizliyi pozmaq” ittihamı ilə İranda saxlanılıb.

Fransanın xarici işlər naziri Ketrin Kolonna aprel ayında Çinin paytaxtı Pekində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. Görüş zamanı Kolonna İranda həbsdə olan 6 Fransa vətəndaşının dərhal azad edilməsini istəyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti