Prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun “Rusiya Türkiyədəki seçkilərə müdaxilə edir” iddialarına Kremldən cavab gəlib.
Sitat.info xəbər verir ki, buna cavab olaraq Kremlv bəyanat yayıb.
“Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi ilə bağlı iddiaları kimin irəli sürdüyünü bilmirik. Moskva prezidentliyə namizəd Kılıçdaroğlunun iddialarını rədd edir. Əgər kimsə ona belə bir məlumat veribsə, o, yalançıdır. Taxıl müqaviləsi danışıqlarının son günündə Putin və Ərdoğan arasında planlaşdırılan görüş yoxdur. Rusiya Türkiyə ilə münasibətlərini yüksək qiymətləndirir, Ankara bir sıra regional və qlobal məsələlərdə məsuliyyətli mövqe tutur".
Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu, “Əziz rus dostlar, dünən bu ölkəyə səpələnmiş montajların, süjetlərin, dərin saxta məzmunların, kasetlərin arxasında siz dayanırsınız. Mayın 15-dən sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, əlinizi Türkiyə dövlətindən çəkin” - demişdi./ Publika.az