“Xalqımız Türkiyənin güclənməsinin qarşısını almaq istəyən dairələrə 14 mayda öz cavabını verəcək”

17:41 12 May 2023

“Xalqımız Türkiyənin güclənməsinin qarşısını almaq üçün əlindən gələni edən dairələrə 14 mayda öz cavabını verəcək”.

Sitat.info xəbər verir ki, bu sözləri TBMM deputatı Numan Kurtulmuş AK Partinin İstanbul Baxçalıevlərdəki mitinqi zamanı deyib.

Deputat qeyd edib ki, 14 mayda keçiriləcək seçkilər sadəcə Türkiyənin diqqət mərkəzində olan seçkilər deyil:
“Hazırda Qərb dairələri və onların mediadakı qolları Türkiyədəki seçkilərlə bağlı Ərdoğan əleyhinə təbliğat həyata keçirirlər”.
N.Kurtulmuş vurğulayıb ki, türk xalqı heç vaxt yalanlara, yalançı təbliğatlara uymayacaq:
“Onlar da gözəl bilirlər ki, budəfəki seçkilərdə də Ərdoğan qalib gələrsə, türk milləti heç vaxt öz liderini tərk etməyəcək. Əminəm ki, xalqımız Türkiyənin güclənməsinin qarşısını almaq üçün əlindən gələni edən dairələrə 14 mayda öz cavabını verəcək”./ Report



Xəbər xətti