"Kollektiv Qərbdəki insanların, liderlərinin xətalı, yanlış və təsirsiz siyasətlərinin nəticələrinə dözmək məcburiyyətində olduqlarını bilmələrini istəyirik".
Sitat.info xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Kremlin sözçüsü “The Spectator”un (İngiltərənin həftəlik jurnalı) Qərb siyasətinin səmərəsizliyi ilə bağlı məqaləsini şərh edərkən deyib: “Qərbdə getdikcə daha çox analitik Qərb siyasətinin effektivliyi haqqında mübahisə etməyə çalışır".
Qeyd edək ki, cümə axşamı “The Spectator” nəşri Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra Qərb ölkələrinin Rusiyaya qarşı iqtisadi müharibəyə başlamaqla öz məqsədlərinə nail ola bilmədiklərini ifadə edən bir məqalə yazıb.
Ayna Fərhad
Sitat.info