Hər iki evi dağıdan hücumlarda ölən və ya yaralananların olub-olmadığı barədə məlumat paylaşılmayıb.
Sitat.info xəbər verir ki, İsrail ordusunun mühasirədə olan Qəzza zolağına hücumları dördüncü günündə də davam edərkən, döyüş təyyarələrinin vurduğu daha 2 ev dağıdılıb.
Şahidlərin sözlərinə görə, İsrail döyüş təyyarələri Qəzzanın cənubundakı Rəfah şəhərində fələstinli "əl-Həşşaş" ailəsinə məxsus evi bir neçə raketlə hədəfə alıb.
Fələstinli "Taha" ailəsinə məxsus bir ev İsrail döyüş təyyarələrinin Qəzzanın şimalındakı Cibaliya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hava hücumunda yerlə-yeksan edilib.
Seymur Bənnayev
Sitat.info