Zelenski Rusiya və Belarusun 200 müdafiə müəssisəsinə qarşı sanksiya tətbiq edib

20:35 12 May 2023

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Belarusun 200 müdafiə müəssisəsinə qarşı ikinci sanksiyalar paketini təsdiqləyib.

Sitat.info xəbər verir ki, paketdə "Roskosmos", Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat İnstitutu, QLONASS SC, Federal Dövlət Unitar Müəssisəsi Xüsusi Dizayn-Texnologiya Bürosu və Mülki Hava Limanları yer alıb.

Bununla yanaşı, siyahıda Belarusun 17 müəssisəsi var.

Sanksiyalar 10 il müddətinə tətbiq edilib.



Xəbər xətti