Aİ-də Afrikadan qanunsuz miqrant axınının dəfələrlə artması qeydə alınıb

21:00 12 May 2023

Bu ilin yanvar ayından aprel ayına kimi Aralıq dənizinin mərkəzi hissəsindən Avropaya keçən miqrantların sayı 2022-ci ilin eyni dövrünü nəzərəçarpacaq dərəcədə üstələyərək görünməmiş həddə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazıb.

Aİ-nin sərhəd agentliyi olan “Frontex”in məlumatına görə, yanvar-aprel aylarında Aralıq dənizinin mərkəzi hissəsindən Aİ-yə qeyri-qanuni gələnlərin sayı keçən illə müqayisədə demək olar 300% artaraq 42,2 min nəfərə çatıb.

Bu, 2023-cü ildə bütün istiqamətlər üzrə Aİ-yə qeyri-qanuni girişlərin yarıdan bir qədər çoxunu təşkil edir.

Xüsusilə Tunisdən çox sayda miqrant Avropaya gəlib. 2022-ci illə müqayisədə onların sayı 1 100% artıb.



Xəbər xətti