Volodimir Zelenski sabah Almaniyaya səfər edəcək

18:08 13 May 2023

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 14-də Almaniyaya səfər edəcək.

Sitat.info xəbər verir ki, bu, Rusiya-Ukrayna müharibəsi başlayandn bəri V.Zelenskinin Almaniyaya ilk səfəri olacaq.

Berlin rəsmiləri məlumatı təsdiqləyiblər. Ancaq səfərin proqramı hələ ki açıqlanmayıb.

Qeyd edək ki, hazırda V.Zelenski İtaliyada səfərdədir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb



Xəbər xətti