Rusiya ordusunun 4-cü motoatıcı briqadasının komandiri, polkovnik Vyaçeslav Makarov Donetskdə döyüşlər zamanı öldürülüb.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-leytenant İqor Konaşenkov da məlumatı təsdiqləyib.
Vyaçeslav Makarov Ukrayna ordusunun üçüncü hücumun dəf olunması zamanı ağır yaralanıb və döyüş meydanından təxliyə zamanı dünyasını dəyişib. Ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini, polkovnik Yevgeni Brovko da döyüşlər zamanı öldürülüb”, - Konaşenkov bildirib./ Axar.az