Zelenski: Rusiya torpaqlarına hücum etmirik, qanuni torpaqlarımızı azad edirik

10:50 15 May 2023

Ukrayna prezidenti Volodomir Zelenski Rusiya torpaqlarına hücum etmədiklərini, qanuni torpaqlarını azad etdiklərini bildirib.

Sitat.info xəbər verir ki, Berlinə səfər edən Zelenski Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə Prezident sarayında keçirdiyi görüşdən sonra Baş nazir Olaf Şolz tərəfindən Baş nazirlik binası qarşısında hərbi mərasimlə qarşılanıb.

Nümayəndə heyətləri arasında baş-başa danışıqlardan sonra Şolz və Zelenski birgə mətbuat konfransı keçirib.

Ukraynanın Rusiya ərazisinə hücum edib-etməyəcəyi ilə bağlı suala Zelenkiy deyib: “Biz Rusiya ərazisinə hücum etmirik, qanuni torpaqlarımızı qoruyuruq. Bunu etmək üçün nə vaxtımız, nə də gücümüz var".

Ukrayna prezidenti Zelenski ölkəsinin işğal olunmuş əraziləri geri almaq üçün əks-hücum hazırladığını bildirib.



Xəbər xətti